Bakı 30˚C Sunny

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Cəmiyyət 11:40 17 noy, 2022
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Noyabr ayının 15-də saat 19:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Baharlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Qazet.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 500 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülmüşdür.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.