İrandan nüvə açıqlaması
Gündəm
03:06 28 okt, 2021
Avstriyanın paytaxtı Vyanada başlayan nüvə razılaşmasına qayıtmaq üçün danışıqların formatını qəbul etdik, lakin yeni danışıqlara Vyana vasitəsilə başlamaq istəmirik.

Avstriyanın paytaxtı Vyanada başlayan nüvə razılaşmasına qayıtmaq üçün danışıqların formatını qəbul etdik, lakin yeni danışıqlara Vyana vasitəsilə başlamaq istəmirik.
Qazet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Bakıri (İran XİN rəhbərinin müavini - red.) hazırda Brüsseldədir və danışıqlara başlayıb. Danışıqların necə keçəcəyi, tərəflərin razılığa necə qayıdacağı və İrana qarşı sanksiyaların necə ortadan qaldırılacağı müzakirə olunacaq. Biz buna iki həftə əvvəl Tehranda başladıq”, - deyə o bildirib.