Bakı 0˚C Cloudy

İrandan Türkiyəyə qaz ixracı hələ də bərpa olunmayıb

Gündəm 18:22 22 yan, 2022

Türk mütəxəssislər isə vəziyyətin fərqli olduğunu deyiblə

İrandan Türkiyəyə qaz ixracı hələ də bərpa olunmayıb

İran 2 gündür Türkiyəyə təbii qaz ixracını dayandırıb.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İran tərəfi problemin Türkiyədən qaynaqlandığını və təzyiqi artıran stansiyaların işləmədiyini iddia edib.

Türk mütəxəssislər isə vəziyyətin fərqli olduğunu deyiblər:

“İrandan Türkiyəyə gələn təbii qazı qəbul edən “Gürbulak” giriş məntəqəsində quraşdırılan bütün təzyiqartırıcı stansiyalar işləyir. Ancaq İran tərəfindən ixrac edilməli olan qazın tədarükü hələ də bərpa edilməyib”.

Qeyd edək ki, daha əvvəl İran Milli Qaz Şirkəti texniki nasazlıqlara görə Türkiyəyə qaz idxalını 10 gün müddətinə dayandırdığını açıqlamışdı. Ötən gün isə şirkət Türkiyəyə qaz nəqlinin bərpa edildiyini bildirmişdi.