Bakı 26˚C Intermittent clouds

İrandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Siyasət 13:47 10 fev, 2022

Zəngəzur dəhlizinin açılaması Azərbaycanla Ermənistan arasında olan məsələdir

İrandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

"İran İslam Respublikası regionda nəqliyyat dəhlizlərinin açılmasında maraqlıdır”. 

Qazet.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılaması Azərbaycanla Ermənistan arasında olan məsələdir: “Biz qəbul ediləcək qərara hörmətlə yanaşacağıq”.

Səfir qeyd edib ki, pandemiyaya baxmayaraq ötən il İranla Azərbayca arasında nəqliyyat daşımalarının həcmi 62,5 faiz artıb.

S.A.Musəvi vurğulayıb ki, Azərbaycanla İran Şimal Cənub, Şərq Qərb nəqliyyatı qovşağında yerləşirlər: "Ölkələrimizin əsas üstünlüklərindən biri də nəqliyyat koridorlarıdır. Ona görə də biz bu sahəyə nə qədər investisiya qoysaq yenə də azdır”.