Bakı 18˚C Hazy sunshine

İranın atom enerjisi ilə bağlı məlumatları ələ keçirildi

Gündəm 00:01 24 okt, 2022
İranın atom enerjisi ilə bağlı məlumatları ələ keçirildi

“Black Reward” və “Anonymous” haker qrupları İranın atom enerjisi təşkilatının istehsalı və inkişafı ilə bağlı bəzi məlumatları yayıb.

Qazet.az xəbər verir ki, dərc edilmiş sənədlərdə Buşehr atom enerjisi stansiyasının müqavilələri, idarəetmə və istismar cədvəlləri, işçilərin texniki şərtləri və əmək haqqı vərəqələri, orada çalışan iranlı və rusiyalı mütəxəssislərin vizaları və SEPAH-a bağlı bir təşkilat 700 min ABŞ dolları dəyərində müqavilə sənədi var.

“Black Reward” haker qrupu “Anonymous” ilə birgə İslam Respublikasının atom enerjisi şirkətinin istehsalı və inkişafı ilə bağlı bəzi məlumatları dərc edib.