İranın iki şəhərində ayətullah Xomeyninin ev muzeyləri yandırıldı
İrandakı 1979-cu il fevral inqilabının lideri sayılan ayətullah Ruhullah Musəvi Xomeynin doğulduğu Xomeyn və Qum şəhərlərindəki ev muzeyləri yandırılıb.
Qazet.az xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.
Məlumata görə, etiraz aksiyalarında Tehran hakimiyyətinin hərbi-polis qüvvələri tərəfindən öldürülənlər nümayişlə yad olunub.
Aksiya iştirakçıları “Diktatora ölüm!”, "Xameneiyə ölüm!“ şüarları səsləndiriblər
Üç il əvvəl, 2019-cu ilin noyabr ayında ərzaq mallarının qiymətlərinin qalxmasına etiraz yürüşlərində 1 500-dən çox aksiya iştirakçısı hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilmişdi. Həmin qurbanların şəkilləri də dünənki yürüşlərdə qaldırılıb.
مردم معترض شامگاه ۲۶ آبان در شهر خمین به خیابان آمدند و شعارهای ضدحکومتی سر دادند pic.twitter.com/b8Fy0ksY49
— ايران اينترنشنال (@IranIntl) November 17, 2022
Etiraz aksiyaları gecə yarısınadək davam edib. Onlar tonqal qalayaraq “Hicabla, ya hicabsız inqilaba gedirik!” şüarını səsləndiriblər.