İranın kamikadze dronlarında Amerika çipləri tapılıb
Ukraynanın “Dovbuş” pilotsuz uçan aparatı layihəsinin təşəbbüskarı Vladimir Yatsenko bildirib ki, bir qrup ukraynalı mühəndis Rusiyanın Ukrayna ərazisinə hücum etdiyi İranın vurulmuş kamikadze pilotsuz təyyarələrindən birini nəzərdən keçirib və onun dizaynında Amerika komponentləri aşkar edib.
Qazet.az xəbər verir ki, dronun rəqəmsal radio rabitə qurğusunun fotosunu Facebook səhifəsində yerləşdirib və mühəndislərin tapıntılarını paylaşıb.
"Mərkəzi prosessordakı işarələr silinsə də, müəyyən əlamətlər bunun Altera / Intel tərəfindən istehsal olunan güclü çip olduğunu göstərir" dedi Yatsenko.
Eyni zamanda ukraynalı mütəxəssis hesab edir ki, İranın Ukraynaya hücum edən pilotsuz təyyarələrində istifadə olunan qurğu ABŞ-da təlim keçmiş mütəxəssislər tərəfindən hazırlanıb.