İranın keçmiş prezidentinin qızı 5 il müddətinə həbs edilib
Gündəm
02:43 10 yan, 2023
İran parlamentinin keçmiş üzvü, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, tanınmış qadın haqları fəalı Faizə Haşimi 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qazet.az xəbər verir ki, bu barədə “Fars Haber” portalı məlumat yayıb.
Onun vəkili Nida Şəmsin sözlərinə görə, Faizə Haşimi hökumət əleyhinə etirazları qızışdırdığına görə həbs edilib.