İranın Parisdəki müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılıb
Gündəm
20:47 09 yan, 2023
Fransa Xarici İşlər Nazirliyi İranın Parisdəki müvəqqəti işlər vəkilini çağırıb və orada baş verən edamlarla bağlı diplomata kəskin etiraz bildirilib.
Qazet.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.
Qeyd edək ki, yanvarın 7-də İran iğtişaşlar zamanı Bəsic İslam milislərinin bir üzvünü öldürməkdə təqsirli bilinən iki nəfərə qarşı edam hökmünü icra edib.
Avropa İttifaqı artıq İran rəhbərliyinin hərəkətlərini pisləyib.