İranın paytaxtında məktəblər bağlandı - SƏBƏB
Havanın çirklənməsi səbəbilə uşaq bağçaları və ibtidai məktəblərin fəaliyyəti dayandırılıb
İranın paytaxtı Tehranda havanın çirklənməsi səbəbilə uşaq bağçaları və ibtidai məktəblərin fəaliyyəti dayandırılıb.
Qazet.az xəbər verir ki, bütün idman fəaliyyətləri 3 gün müddətinə qadağan edilib.
Bildirilib ki, İranın paytaxtı Tehran hava çirkliliyinə görə dünyada 12-ci yerdədir.
Tehran Hava Keyfiyyətini Ölçmə Şirkətinin verdiyi açıqlamada bu gün paytaxtda hava çirkliliyi 124 mikroqram/kubmetr təşkil edib ki,bu da bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəlidir.
Səlahiyyətlilər Tehran xalqından məcbur olmadıqca çölə çıxmamağı xahiş edib.
Qeyd edək ki, ötən il Tehranda havanın çirklənməsi nəticəsində yaranan xəstəliklər nəticəsində 3 751 nəfər dünyasını dəyişib.