Bakı 14˚C Cloudy

İranın xarici işlər naziri Azərbaycanda yaşayan İran vətəndaşları ilə görüşüb

Gündəm 12:00 23 dek, 2021

“Bilin ki, İran İslam Respublikasının xarici işlər nazirliyi bu məsələyə zəmanət verir”

İranın xarici işlər naziri Azərbaycanda yaşayan İran vətəndaşları ilə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycanda yaşayan İran vətəndaşları ilə görüş keçirib.

Qazet.az xəbər verir ki, görüşdə Azərbaycanda yaşayan və işləyən İran vətəndaşları iştirak edib. İranın xarici işlər naziri başqa ölkələrdə, o cümlədən Azərbaycanda yaşayan iranlıları dünyada “İranın əsas səfirləri” adlandırıb və əlavə edib ki, “Dünyanın bütün bölgələrində olan əziz iranlılar qürur mənbəyidir”.

Hüseyn Əmir Abdullahiyan ölkə xaricində yaşayan 5 milyon iranlını nəzərdə tutaraq deyib ki, “Biz 13-cü hökumət olaraq bütün dünyada iranlıları qorumaq üçün hərtərəfli qanunun qəbul edilməsinə çalışırıq ki, heç bir iranlı İranın təbliğatı nəticəsində İrana qayıtmaqdan qorxmasın - onlar xarici təbliğatdan qorxurdular. Bilin ki, İran İslam Respublikasının xarici işlər nazirliyi bu məsələyə zəmanət verir”.