Bakı 14˚C Mostly cloudy

İranla Rusiya arasında yeni neft və qaz sazişləri imzalanıb

Gündəm 22:46 09 okt, 2022
İranla Rusiya arasında yeni neft və qaz sazişləri imzalanıb

Rusiya ilə İran neft və qaz sənayesində əməkdaşlığı nəzərdə tutan dəyəri 40 milyard dollardan çox olan müqavilələr imzalayıb.

Qazet.az xəbər verir ki, bu barədə Tass məlumat verib. Bazar günü İranın neft naziri Cavad Ouci açıqlama verib.

“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin 40 milyard dollar məbləğində mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qaz kəmərləri və qurğuların tikintisinə dair saziş imzaladıq”, - o, bəyan edib.