İranlı aktrisa ölkədə qadınları dəstəkləmək üçün üstü açıq poza verib
Gündəm
00:50 13 okt, 2022
Aktrisa Elnaaz Noruzi İranda Məhsa Əmininin ölümü ilə bağlı etirazlara dəstək verib. O, sosial şəbəkədə kamera qarşısında soyunaraq videosunu yayıb.
Qazet.az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
İranlı aktrisa hicabını, paltarını, cins şalvarını, köynəyini və alt paltarını çıxardaraq video paylaşıb. “Əgər bu sənin seçimindirsə, deməli hər şey qaydasındadır! Bədənim mənim seçimimdir”, – aktrisa yazıb. O qeyd edib ki, bu video ilə İranda etiraz aksiyalarına çıxan qadınlara dəstəyini ifadə edib.