Bakı 16˚C Mostly sunny

İranlı generaldan təhdid: “Atom bombası istehsal edə bilərik”

Xəbərlər 11:41 02 sen, 2022
İranlı generaldan təhdid: “Atom bombası istehsal edə bilərik”

"Atom bombası istehsal edə bilərik".

Bu sözləri İran parlamentinin üzvü, "SEPAH" generalı İsmail Kovsəri deyib.

Qazet.az-ın verdiyi xəbərə görə, general sözlərinə bu cür davam edib:

"63%-lik nüvə zənginləşdirməsini 93%-ə çatdıra bilərik ki, bu da atom bombası deməkdir. Biz buna can atmasaq da, qarşı tərəf gec addım atarsa, bizdə bu imkan var. İndi onların bizə ehtiyacı var".