Bakı 2˚C Windy

İraq baş nazirinin iqamətgahı PUA ilə vuruldu

Gündəm 13:42 07 noy, 2021

 Mustafa Kazıminin Bağdadın Yaşıl bölgəsindəki iqamətgahına PUA vasitəsilə hücum edilib

İraq baş nazirinin iqamətgahı PUA ilə vuruldu

İraqın Baş naziri Mustafa Kazıminin Bağdadın Yaşıl bölgəsindəki iqamətgahına PUA vasitəsilə hücum edilib.

Qazet.az xəbər verir ki, İraq hökumətinin mətbuat xidməti Kazıminin hücumdan xilas olduğunu açıqlayıb.

Kazımi rəsmi Tvitter hesabında hücumla bağlı paylaşım edərək deyib:

"Yaxşıyam, ailəmin yanındayam. Hər kəsi sakit və soyuqqanlı olmağa çağırıram”.

Qeyd edək ki, Fəth koalisiyasının lideri Hadi Əmiri və şiə milis güclərindən Əbu Əla Velayi Kazımini və İraq hökumətini sərt şəkildə tənqid etmişdilər. Əmiri 5 noyabr mitinqində nümayişçisinin öldürülməsinin cəzasız qalmayacağını bəyan etmişdi.