Bakı 6˚C Intermittent clouds

İraq ordusu İŞİD-ə qarşı böyük əməliyyata başladı

Gündəm 15:48 23 yan, 2022

Bu barədə “Shafaq Nyus” İraq Silahlı Qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb

İraq ordusu İŞİD-ə qarşı böyük əməliyyata başladı

İraq ordusu ölkənin şərqində İŞİD terrorçularına qarşı irimiqyaslı əməliyyata başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə “Shafaq Nyus” İraq Silahlı Qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.

“İrimiqyaslı əməliyyat bazar günü səhər Diyalə əyalətinin Əl-Əzim rayonunda başlayıb. Əməliyyatda ordu bölmələri, xüsusi təyinatlı qüvvələr, “Həşdi-Şabi” milis qruplaşması və yerli qəbilə üzvləri iştirak edir. İraq Hərbi Hava Qüvvələri əməliyyata havadan dəstək verir”, - məlumatda bildirilib.(axar.az)