Bakı 24˚C Partly sunny

İraq ordusunun iddiası: Xarici ordu qüvvələri İraqı tərk edib

Gündəm 15:47 23 dek, 2021

“Xarici döyüş hissələrinin əksəriyyəti İraqı vaxtından əvvəl tərk edib”

İraq ordusunun iddiası: Xarici ordu qüvvələri İraqı tərk edib

İraqın Birgə Əməliyyatlar Komandanlığı bəyan edib ki, xarici döyüş bölmələri İraqı vaxtından əvvəl tərk edib.

Qazet.az İraq mətbuatına istinadən bu barədə məlumat verir.

İraqın Birgə Əməliyyatlar Komandanlığının sözçüsü briqada generalı Təhsin əl-Xəfaci bildirib ki, xarici qüvvələrin İraqdakı missiyası döyüş missiyasından məsləhət xarakterli missiyaya dəyişib.

O əlavə edib ki, xarici döyüş hissələrinin əksəriyyəti İraqı vaxtından əvvəl tərk edib.

Hazırda İraqda mövcud olan xarici qüvvələrdən yalnız məhdud sayda müşavir qalıb.