İraq parlamentinin sədri istefa verib
Siyasət
19:59 26 sen, 2022
Məhəmməd əl-Halbusi İraq Nümayəndələr Şurasının (parlament) sədri vəzifəsini tərk etdiyini açıqlayıb.
Qazet.az xəbər verir ki, bu barədə İraqın “Shafaq News” informasiya portalı məlumat yayıb.
“Nümayəndələr Şurası sentyabrın 28-də dördüncü iclasını keçirəcək. İclasın gündəliyinə əl-Halbusinin vəzifəsindən istefa verməsi və parlament sədrinin birinci müavininin seçilməsi ilə bağlı səsvermə daxildir”, - spikerin bəyanatında deyilir.