İraq “yaşıl zona”ya girişi bağladı
Xəbərlər
02:00 13 sen, 2022
İraq təhlükəsizlik qüvvələri Bağdadın xarici səfirliklərin və dövlət idarələrinin yerləşdiyi “yaşıl zona”ya girişi əngəlləyib.
Qazet.az xəbər verir ki, Bağdad hava limanından “yaşıl zona”ya yalnız xüsusi buraxılışlarla daxil olmaq mümkündür.
Bu ərazinin bloklanmasının səbəbləri barədə məlumat verilməyib.
Qeyd edək ki, avqustun 29-da İraq ordusu bütün ölkə ərazisində saat 19:00-dan etibarən komendant saatı tətbiq edib. Buna səbəb İraqın siyasi həyatından getdiyini elan edən şiə imam Müqtəda əs-Sədrin tərəfdarlarının etirazları olub.
Etirazçılar Bağdadın mərkəzində xüsusi mühafizə olunan “yaşıl zona”ya soxulub və sonradan hüquq-mühafizə orqanlarının nəzarətinə götürülən Respublika Sarayına çatıblar.