İraqda 3 terrorçu zərərsizləşdirilib
Gündəm
22:18 25 okt, 2022

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-nın 3 silahlısını zərərsizləşdirib.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.
Terrorçular Qara rayonunda məhv edilib.
Nazirlik bölgədə terrorçulara qarşı mübarizəni davam etdirir.