Bakı 7˚C Hazy sunshine

İraqda Amerika hərbi karvanı hücuma məruz qalıb

Hadisə 12:40 10 dek, 2021

Hadisə dünən gecə saatlarında baş verib

İraqda Amerika hərbi karvanı hücuma məruz qalıb

İraqda ABŞ hərbçiləri üçün logistik avadanlıq daşıyan iki konvoya atəş açıldığı məlum olub.

Qazet.az İraq mətbuatına istinadən xəbər verir ki, dünən gecə saatlarında İraqın mərkəzi və cənub hissəsində ABŞ hərbi texnikasını daşıyan iki karvana hücum edilib.

Hücumlardan biri mərkəzdə Babil vilayətində, digəri isə cənubda Əl-Divaniyyə vilayətində həyata keçirilib.

Hələ heç  bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, itki və yaralananlar barədə dəqiq məlumat verilməyib.