Bakı 26˚C Intermittent clouds

İraqda antiterror əməliyyatları genişləndirilir

Gündəm 14:40 19 noy, 2021

Məlumat İraqın müdafiə nazirliyinə istinadən verilib

İraqda antiterror əməliyyatları genişləndirilir

İraqın qərbində yerləşən Əl-Ənbar vilayətində İŞİD terror təşkilatının başçılarından birinin həbsindən sonra antiterror əməliyyatları vüsət alıb.

Qazet.az “Şəfəq” xəbər agentliyinə istinadən xəbər verir ki, İraqın müdafiə nazirliyinin hava hücumundan müdafiə qüvvələri keçirilmiş əməliyyatlar nəticəsində beş terrorçunu zərərsizləşdirib.

Əməliyyatlar İraqın şərqində Diyali vilayətində həyata keçirilib.

İraq Silahlı Qüvvələrinin baş komandanlığının sözcüsü Yəhya Rəsul bildirib ki, Kərkük, Əl-Ənbar və Ninəvi vilayətlərində 7 terrorçunu məhv etməyə müvəffəq olublar.