İraqda daşqınlar can aldı
Sel nəticəsində bir neçə ev dağılıb.
İraqın Ərbil inzibati vahidində leysan yağışlarının yağması nəticəsində güclü daşqınlar baş verib.
Qazet.az ərəb KİV-inə istinadən məlumat verir ki, təbii fəlakət nəticəsində 1 nəfər uşaq olmaqla, 8 nəfər ölüb.
İraq Kürdüstanında dünəndən başlayan yağış bu gün də davam edir və Ərbil vilayətində bir neçə yaşayış məntəqəsi selin təsirinə məruz qalıb.
Leysan yağışları və daşqın nəticəsində Ərbil ətrafındakı bir neçə rayonun küçələrini su basıb.
Ərbil valisi Omid Hoşnav bildirib ki, daşqınlar can itkisinə və insanların əmlakının zədələnməsinə səbəb olub.
“Rudav” saytı hidrometerologiya departamentinə istinadən xəbər verir ki, Ərbilin mərkəzində yağıntının miqdarı 59,2 mm., Şamamak bölgəsində 83 mm. və Birmamda 72 mm-dən çox olub.