Bakı 2˚C Windy

İraqda səyahətlə bağlı koronavirus məhdudiyyətləri ləğv edilib

Xəbərlər 14:31 11 dek, 2022
İraqda səyahətlə bağlı koronavirus məhdudiyyətləri ləğv edilib

İraqda səyahətlə bağlı koronavirus məhdudiyyətləri ləğv edilib.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Türk Hava Yolları" (THY) məlumat yayıb.

Məlumata görə, koronavirus tədbirləri çərçivəsində sərnişinlərdən peyvənd və ya mənfi PCR testləri tələbi aradan qaldırılıb. Peyvənd və ya COVID-19 pasportu təqdim etmək öhdəliyi artıq yoxdur.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri, Somali, Efiopiya, Əlcəzair, Rusiya, Livan, Kanada, Mərakeş və Tailand bu tədbirləri ləğv edib.