İraqın baş naziri Tehrana gedib
Gündəm
15:38 12 sen, 2021
Rəisi və əl-Kazimi ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirəcək
İraqın Baş naziri Mustafa əl-Kazimi İrana rəsmi səfər edib.
Qazet.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
İran Prezidenti İbrahim Rəisi Tehrandakı konfrans salonunda İraq Baş nazirini rəsmən qarşılayıb.
Rəisi və əl-Kazimi ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.
İraq hökumətinin başçısını İranın ali lideri Əli Xameneyi də qəbul edəcək.