Bakı 2˚C Showers

İraqın cənubunda ABŞ-ın logistika karvanı hücuma məruz qalıb

Hadisə 14:54 16 dek, 2021

Hadisə səhər saatlarında baş verib

İraqın cənubunda ABŞ-ın logistika karvanı hücuma məruz qalıb

Bu gün səhər saatlarında İraqın Əl-Divaniyyə vilayətində ABŞ-ın təchizat karvanına hücum edilib.

Qazet.az İraq mətbuatına istinadən bu barədə məlumat verir. 

Hücum yol kənarına yerləşdirilən bomba ilə həyata keçirilib. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb. “Ləva Xeybər” qruplaşması olayın məsuliyyətini öz üzərinə götürüb, hadisənin şəkillərini və videosunu yayacağını bildirib.

Qeyd edək ki, son günlərda İraqdakı müxtəlif hərbi bazalarda yerləşdirilən ABŞ hərbçiləri üçün logistika avadanlığı daşıyan karvanlara edilən hücumların sayı xeyli artıb.