İraqın Əl-Divaniyyə şəhərində ABŞ-ın logistika karvanına hücum edilib
Amerika koalisiyasının karvanlarına həftədə, bəzən isə gündə bir neçə dəfə hücum edilir.

Bu gün səhər saatlarında İraqın Əl-Divaniyyə şəhərində ABŞ-ın daha bir təchizat karvanı atəşə tutulub.
Qazet.az İraq mətbuatına istinadən bu barədə məlumat verir.
Hücum nəticəsində zərərçəkənlər barədə hər hansı bir məlumat verilməyib.
Qeyd edək ki, son aylarda İraqdakı müxtəlif hərbi bazalarda yerləşdirilən ABŞ hərbçiləri üçün logistika avadanlığı karvanlarına dəfələrlə yol kənarına yerləşdirilən bombalarla hücum edilib.
İraq parlamentinin xarici qoşunların İraqdan çıxarılması qərarından və hökumətin bu qərarın icrasını yubatması səbəbindən Amerika koalisiyasının karvanları həftədə, bəzən isə gündə bir neçə dəfə yollarda hücuma məruz qalır.
Buna görə ABŞ ordusu avadanlıqları şirkətlərə təhvil verir.