İraqın qərbində İŞİD başçılarından biri saxlanıldı
Gündəm
13:19 19 noy, 2021
İŞİD üzvü həbs edildi

İŞİD terror təşkilatının başçılarından biri İraqın qərbində yerləşən Əl-Ənbar vilayətində həbs edilib.
Qazet.az “Şəfəq” xəbər agentliyinə istinadən xəbər verir ki, bir əməliyyat məlumatı əsasında İraqın terrorizmlə mübarizə qüvvələri İŞİD başçılarından birini saxlayıblar.
Saxlanılan İŞİD üzvü İraq təhlükəsizlik qüvvələrinin hədəfində olan şəxslərdən biri olub.