Bakı -7˚C Cloudy

İraqın qərbində İŞİD tərəfdarı öldürülüb

Gündəm 16:00 10 dek, 2021

Əməliyyatı İraq müdafiə nazirliyinin xüsusi təyinatlıları həyata keçirib

İraqın qərbində İŞİD tərəfdarı öldürülüb

İraq kəşfiyyat qüvvələri ölkənin qərbində İŞİD terrorçularının maddi-texniki təminatına cavabdeh olan şəxsləri məhv edib.

Qazet.az İraqın “Əl-Aləm Əl-Əmni” agentliyinə istinadən xəbər verir ki, İraqın qərbində yerləşən Ənbar vilayətində İŞİD terrorçularına maddi-texniki təminat və dəstək göstərən məsul şəxs öldürülüb.

Açıqlamada İraq Müdafiə Nazirliyinin kəşfiyyat şöbəsinin terrorçuların hərəkətlərini müşahidə etdikdən sonra 18-ci ordu briqadasına lazımi məlumatları ötürdüyü və əməliyyatın İŞİD-in əsas mərkəzlərindən biri olan Əl-Rutbanın cənubundakı səhralarda aparıldığı bildirilib. 

“Əl-Aləm Əl-Əmni” İŞİD rəsmisinin adını çəkmədən bildirib ki, İraq ədliyyə sistemi daha əvvəl onun barəsində həbs qərarı verib.