İraqın şimalında İŞİD qurbanlarının cəsədlərinin olduğu kütləvi məzarlıq tapılıb
İnsan qalıqlarının 2018-ci ildə İŞİD tərəfindən ələ keçirilərək öldürüldüyü güman edilən insanlara məxsus olduğunu bildirib
Kürd Peşmərgə qüvvələri İraqın şimalında İŞİD qurbanlarının cəsədlərinin olduğu daha bir kütləvi məzarlığın aşkar edildiyini açıqlayıb.
Qazet.az İraq mətbuatına əsasən bu barədə məlumat verir.
Bildirilir ki, peşmərgə kürd qüvvələri ölkənin şimalında İŞİD-in tərk etdiyi ərazidəki kütləvi məzarlıqda ən azı 11 İraq polisinin qalıqlarını tapıb.
General-mayor Məhəmməd Rüstəm bildirib ki, məzarlıq İraq və Kürdüstan regional hökuməti arasında mübahisəli ərazi sayılan Duraci bölgəsində tapılıb. Qəbiristanlıqda İŞİD-in sığınacağı kimi istifadə olunan kanal və çuxurlar vardır.
General-mayor Məhəmməd Rüstəm qeyd edib ki, İraq polisi və peşmərgə qüvvələri ilə koordinasiyada digər cəsədlərin axtarışı davam edir. İraq polisinin mühəndis-tibb qrupu hadisə yerində olub.
O vurğulayıb ki, "Bu qəbiristanlıq İŞİD-in İraq qüvvələrini saxladıqları ərazidə sığınacaqlarının olması ilə bağlı əldə etdiyimiz məlumat əsasında tapılıb".
İraq ordusu və Peşmərgə qüvvələri həftənin əvvəlindən Diyala əyalətinin şimalındakı geniş ərazilərdə və Salahəddin əyalətinin Tuz Xurmatunun şərqindəki ərazilərdə axtarış əməliyyatları aparır.
BMT-nin məlumatına görə, 2014-2017-ci illər arasında İŞİD İraqın geniş ərazilərinə nəzarət edib və 200-dən çox kütləvi məzarlığın olması zənn olunur. Bu məzarlarda çox güman ki, İraqda 12,000-dən çox, Suriyanın şimalında isə 5,000-dən çox cəsəd olacaq.