Bakı 19˚C Mostly sunny

İrəvan daha bir NATO ölkəsi ilə hərbi əməkdaşlıq imzaladı

Gündəm 05:12 03 dek, 2021

Ermənistan NATO-nun rəqibi sayılan KTMT üzvüdür.

İrəvan daha bir NATO ölkəsi ilə hərbi əməkdaşlıq imzaladı

İrəvanda Ermənistan-Litva ikitərəfli əməkdaşlığı ilə bağlı məsləhətləşmələr keçirilib.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Məsləhətləşmələrdə 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı imzalanıb. Plana əsasən 2022-ci ildə təcrübə mübadiləsi, hərbi tibb və hərbi-siyasi məsləhətləşmələrlə bağlı 71 birgə tədbir keçiriləcək.

Qeyd edək ki, bundan öncə Ermənistan hərbçiləri NATO ölkəsi Yunanıstanla hərbi təlimlər keçmişdi və bu təlimlər vaxtaşırı olaraq aparılır.

Ermənistan NATO-nun rəqibi sayılan KTMT üzvüdür.