Bakı 5˚C Dreary

İrəvanda erməni diversantların komandiri həbs edildi

Gündəm 22:16 09 noy, 2021

Qeyd edək ki, sentyabrda analoji ittihamla daha bir zabit – polkovnik-leytenant Arsen Kazaryan da həbs edilib.

İrəvanda erməni diversantların komandiri həbs edildi

İrəvanın Baş Yurisdiksiya Məhkəməsi prokurorluğun vəsatətini təmin edərək 2020-ci ilin dekabrında xidməti səlahiyyətlərini yerinə yetirməməkdə təqsirləndirilən batalyon komandiri C.M-nı həbs edib.

“Qazet.az” erməni mediasına istinadən xəbər verir ki, istintaqın versiyasına görə, təqsirləndirilən şəxsə şəxsi heyət və Xocavəndin Köhnə Tağlar kəndi yaxınlığındakı 12 döyüş mövqeyinin müdafiəsi həvalə edilib. Ancaq 11-12 dekabr 2020-ci ildə gedən hərbi əməliyyatlar zamanı bütün bu mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçib. Nəticədə 11 nəfər mühasirədə qalıb, onlardan 9-u öldürülüb, 2-si əsir alınıb. 

Bir neçə ay sonra komandirə qarşı cinayət işi açılıb. İstintaq onun həbsi ilə bağlı bu ilin aprelində vəsatət qaldırsa da, məhkəmə rədd edib. Prokurorluq qərardan Apellyasiya Məhkəməsinə şikayət verib. Öz növbəsində Apellyasiya Məhkəməsi işi yenidən birinci instansiya məhkəməsinə göndərib. Noyabrın 8-də məhkəmə vəsatəti təmin edib.

Qeyd edək ki, sentyabrda analoji ittihamla daha bir zabit – polkovnik-leytenant Arsen Kazaryan da həbs edilib.

Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Ermənistandan bir qrup diversant Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafına göndərilərək müdafiə mövqeyi yaradıblar. Nəticədə Azərbaycan ordusu həmin kəndləri erməni diversantlardan təmizləyib və 60-dan çox erməni hərbçi saxlanılıb. Onlar barəsində cinayət işi açılıb. Bir qismi isə mina xəritələri əvəzində Ermənistana qaytarılıb.