İrəvanda etirazlar: 6 nəfər saxlanılıb
Siyasət
17:43 26 noy, 2021
İrəvanda Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına görə etiraz aksiyaları başlayıb
İrəvanda keçirilən etiraz aksiyasının 6 nəfər iştirakçısı polis tərəfindən saxlanılıb.
“Sputnik Armeniya” agentliyinin yaydığı məlumata görə, bu tədbir polisin qanuni tələblərini yerinə yetirməmələrinə görə görülüb.
"5165" hərəkatının üzvləri küçəyə çıxaraq mərkəz yollarından birini bağlamışdılar, polis də piket iştirakçılarını saxlamağa başlayıb. Noyabrın 22-dən bəzi ictimai təşkilatlar Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasına dair müzakirə olunan məsələləri ictimaiyyətə açıqlamaq tələbi ilə paytaxtda etiraz aksiyaları keçirirlər.