Bakı 5˚C Showers

İrəvanda kütləvi aksiyalar: "Rusiya Ermənistanda xaos yaradır"

Siyasət 12:50 19 apr, 2022

Erməni cəmiyyəti Nikol Paşinyanı dəstəkləyəcək və Paşinyanı asanlıqla devirmək mümkün olmayacaq

İrəvanda kütləvi aksiyalar: "Rusiya Ermənistanda xaos yaradır"

“Ermənistanda Nikol Paşinyanın hakimiyyətdən getməsi üçün çalışan xeyli qüvvə var”.

Qazet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O, müxalif "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyanın xalqı küçələrə səsləməsi ilə İrəvanda başlayan etiraz aksiyalarından söz açıb:

“Etirazçı kütlənin önündə “Ermənistan” və “Şərəfim var” blokları gedir. Əslində, fərqli görünsələr də, həm Robert Koçaryanın, həm də Artur Vanetsyanın rəhbərlik etdiyi bloklar bir çox məsələlərdə anti-Paşinyan koalisiyasına vahid şəkildə rəhbərlik edirlər.

Önəmli məsələlərdən biri də ondan ibarətdir ki, hazırda Ermənistan hakimiyyətinin Azərbaycanın sülh çağırışlarına pozitiv cavab verməsi və ikitərəfli əlaqələrin normallaşmasına dair səyləri üçüncü qüvvələri narahat edir. Bu qüvvələr Kremlə bağlı dairələr ola bilər. Lakin paralel olaraq bunu da bilirik ki, Qərbin də müəyyən qüvvələri bölgədə gərginliyin qalmasında maraqlıdır. Çünki gərginliyin sona çatması, iki ölkə arasında sülh və etimad mühitinin yaranması digər siyasi qüvvələrin Cənubi Qafqazda neytrallaşmasına gətirib çıxaracaq və onların mövcudluğuna zərbə vuracaq”.

T. İsmayılov əlavə edib: “Azərbaycanla Ermənistan arasında danışıqların gücləndiyi, sülhlə bağlı çağırışlarn tez-tez səsləndiyi dövrdə müddətsiz aksiyaların sayı çoxalacaq. Çünki əsas məsələ Baş nazir Nikol Paşinyana təzyiq göstərməkdir. 

Ümumən Nikol Paşinyan Rusiyada dəstəklənməyən siyasi sima olub. Son parlament seçkiləri öncəsi Kreml bütün media arsenalı ilə Robert Koçaryan və onun blokunu dəstəkləyirdi. İndi də Rusiya Ermənistanda xaos yaratmağa çalışır. Amma bütün təhriklərə baxmayaraq, erməni cəmiyyəti Nikol Paşinyanı dəstəkləyəcək və Paşinyanı asanlıqla devirmək mümkün olmayacaq”.