İrəvanda polisə bomba atıldı
Xəbərlər
03:30 17 sen, 2022
Naməlum şəxs Ermənistanın paytaxtı İrəvanda hökumət nümayəndələrinin baş evlərinin yaxınlığında növbətçi polis əməkdaşlarına tərəf bomba atıb.
Qazet.az Ermənistan mətbuatına istinadə xəbər verir ki, hadisə Paronyan küçəsində baş verib.
Hadisə yerində bir əldəqayırma bomba və partlamamış daha bir bomba tapılıb.
İlkin məlumata görə, hücum zamanı ölən və yaralanan olmayıb.
Araşdırma aparılır.