İrəvanda "Zəfər" ayaqqabıları satılır - Foto
Gündəm
01:44 20 dek, 2021
Ayaqqabılar Türkiyədəki "Zafer Türkoğlu" şirkətinin məhsullarıdır.

Ermənistan rəsmi olaraq Türkiyədə istehsal olunan mal və məhsulların ixracını faktiki yasaqlayaraq boykot siyasəti tətbiq etsə də, qonşu ölkənin istisnasız olaraq bütün iri və orta ticarət mərkəzlərində, marketlərində və dükanlarında Türkiyə istehsalı olan məhsullaran rast gəlmək adi məsələdir.
Qazet.az Milli.Az-a istinadən xəbər verir ki, Ermənistan müxalifətinin media qurumları isə bunu az qala "milli xəyanət" kimi qələmə verirlər.
İrəvandakı ticarət mərkəzlərindən birində Türkiyədə istehsal olunmuş ayaqqabılar satılması ilə bağlı süjet də hazırlanıb.
Ayaqqabılar Türkiyədəki "Zafer Türkoğlu" şirkətinin məhsullarıdır.