Bakı 3˚C Showers

İrina Vereşuk Ukrayna Baş nazirinin müavini təyin olunub

Gündəm 18:20 04 noy, 2021

Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Irina Vereşukun namizədliyi təsdiqlənib

İrina Vereşuk Ukrayna Baş nazirinin müavini təyin olunub

Ukrayna Ali Radası (parlament) bu gün Baş nazirin Reinteqrasiya və müvəqqəti işğal olunmuş ərazilər üzrə müavini postuna yeni namizədin məsələsini müzakirəyə çıxarıb.

Qazet.az Şərqi Avropa bürosunun məlumatına görə, hakim "Xalqın xidmətçisi" partiyasından bu posta namizədliyi irəli sürülən parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Irina Vereşukun namizədliyi təsdiqlənib.

Qeyd edək ki, əvvəl bu postu bugün müdafiə naziri təyin olunan Aleksey Reznikov tuturdu.