Bakı 10˚C Partly sunny

İş tapa bilməyən məzunlar: Problem kimdə və ya nədədir?

Cəmiyyət 17:30 24 may, 2022

Eksper Qoşqar Məhərrəmov açıqlama verib

İş tapa bilməyən məzunlar: <span style="color:red">P</span><span style="color:red">roblem kimdə və ya nədədir?</span>

Bəzən universitet məzunları ixtisasları üzrə iş tapa bilmədiklərindən giileylənirlər. Qurumlar isə yaxşı kadr axtarışındadırlar. Bəs problem kimdə və ya nədədir?

Qazet.az xəbər verir ki, bu barədə Təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, bu mövzuda problem həm universitet, həm də tələbələrdədir: “Çünki həmişə qeyd olunur ki, universitetlərin giriş qapıları geniş, çıxış qapıları isə dar olmalıdır. Yəni, universitetə girən tələbələr asanlıqla qəbul olsalar belə, asanlıqla məzun ola bilməməlidirlər. Univrersitetin məzun profilinə uyğun müəyyən bilik və bacarıqlar onlara qazandırılmadan onlar məzun ola bilməməlidirlər. Tələbələr məzun olana qədər müəyyən kompüter bacarıqları, fənn və ixtisas biliklərinə yiyələnməlidirlər. Onlar məzun olduqdan sonra işini bilməyən diplomlu şəxs olmamalıdırlar”.

Ekspert vurğulayıb ki, əgər universitet, həqiqətən də, müasir bazarın tələblərinə uyğun bilik və bacarıqlar öyrədibsə, tələbələr qətiyyən işsiz qalmayacaq, yeni iş yerlərində özgüvən problemi yaşamayacaqlar: “Niyə iş tapa bilmirlər?! Çünki ya dərslərini oxumadan, öyrənmədən də məzun ola biliblər, oxuyub-öyrəndikləri müasir bazarın tələbi deyil. Burda da yenə problem universitetindir”. Q.Məhərrəmov qeyd edib ki, ancaq tələbə də günahkardır: “Çünki universitet bu mənada onlara dəstək ola bilmirsə, mütləq universitetin ilk illərində ingilis dili və kompüter bacarıqlarını inkişaf etdirməli, öz fənləri ilə bağlı müxtəlif kurslara, seminarlara, təlimlərə, sertifikat proqramlarına qoşulmalıdırlar. Ancaq bununla özlərini inkişaf etdirə bilər, əmək bazarında layiqli yer tuta bilərlər”.
Ekspert bildirir ki, buna görə də problemə səbəb birinci universitetdirsə, ikinci tələbədir.

“Universitetlər yaxşılaşmalı, tələbələr də gözüaçıq olmalı, universitet və kənar yerlərdən faydalanmağı bilməlidir”, - deyə Qoşqar Məhərrəmov vurğulayıb.