Bakı 10˚C Showers

İşdən çıxarılan nazir müavini: “Prezidentimizin quluyam”

Cəmiyyət 14:32 30 noy, 2021

İsmayıl İsmayılov bundan sonra hansı işlərlə məşğul olacağından da danışıb

İşdən çıxarılan nazir müavini: “Prezidentimizin quluyam”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Qazet.az xəbər verir ki, bunu İsmayıl İsmayılov “Qaynarinfo”ya açıqlamasında bildirib ki, verilən sərəncam onun üçün gözlənilməz olub: 

“Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram. 15 il nazir müavini postunda oldum.
 
Bundan böyük nə ola bilər? Əbədi heç nə yoxdur. Bu gün mən deyərdim ki, ölkədə bütün inkişaf onun sayəsində gedir. Son 300 ildə bizim torpaqlarımız alına-alına gedirdisə, bu gün onun sayəsində işğal olunan ərazilərimiz düşmən tapdağından azad olunub. Allah prezidentimizi qorusun”.

İsmayıl İsmayılov bundan sonra hansı işlərlə məşğul olacağından da danışıb: 

“Pedaqoji elmlər namizədi alimlik dərəcəsinə və professor elmi adına layiq görülmüşəm. Bundan sonra elmi işlərlə məşğul olacağam”.