Bakı 21˚C Windy

İşğaldan azad edilmiş ərazilərin yarısında mobil rabitə bərpa olunub

Biznes 16:14 24 dek, 2021

“Qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə 52 fazizlik nəticə əldə edilib”

İşğaldan azad edilmiş ərazilərin yarısında mobil rabitə bərpa olunub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mobil internet şəbəkəsinin 52 faizi bərpa olunub. Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Yeni Azərbaycan Partiyasında "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, 1998-ci ildən başlayaraq yalnız 2016-cı ildə ölkə üzrə mobil şəbəkə (işğal olunmuş ərazilər istisna olmaqla) 95 faiz təmin olunub.

“Amma, qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə 52 fazizlik nəticə əldə edilib. Biz həm sabit, həm də mobil şəbəkə ilə bağlı işləri davam etdirəcəyik”, deyə nazir qeyd edib

Qaynaq