İŞİD-in Kərkükdəki hərbi komandiri olaraq adlandırılan Əbu Mustafa öldürülüb
Gündəm
04:46 08 okt, 2022
![İŞİD-in Kərkükdəki hərbi komandiri olaraq adlandırılan Əbu Mustafa öldürülüb](https://qazet.az/resized/fit900x500/center/pages/110766/109680887-is-thumb-6-yazisiz.jpg)
İraqın Kərkükü şəhərinin Vadi Zegetun bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirilib.
Qazet.az xəbər verir ki, bu barədə İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsindən məlumat verilib.
Açıqlamada, İŞİD-in Kərkükdəki hərbi komandiri olaraq adlandırılan Əbu Mustafa adlı terrorçu öldürülüb.
Onun gizləndiyi bunkerə havadan hücum təşkil edilib.
İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD üzərində qələbə qazandığını elan edib.
Aradan 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu əyalətlərin kənd yerlərində təşkilatın hücumları davam edir.