İŞİD lideri ÖLDÜRÜLDÜ
Gündəm
21:22 30 noy, 2022
İslam Dövləti (İŞİD) lideri Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşin öldürülüb.
Qazet.az xəbər verir ki, bu barədə qrupun sözçüsü audiomüraciətində bildirib .
Qrup Əbu əl-Hüseyn əl-Hüseyni əl-Qürəşini canişin seçib.
Mart ayında ABŞ hərbçilərinin Suriyanın İdlibində İslam Dövlətinin liderlərindən birini məhv etdiyi bildirilmişdi. ABŞ hərbçilərinin genişmiqyaslı antiterror missiyası zamanı 6 uşaq və 4 qadın həlak olub. Əməliyyatın qurbanlarının ümumi sayı 13 nəfər olub.
Əl-Qüreyşi məhv edilməzdən əvvəl Amerika qüvvələri Suriyanın şimal-qərbində Türkiyə ilə sərhədə yaxın Atmeh kəndində yaraqlılarla iki saat fasiləsiz döyüşüb, həmçinin vertolyot dəstəyi göndərib.
Bundan sonra İslam Dövləti Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşini yeni lideri elan edib.