İŞİD silahlıları İraqın bir neçə əsgərini öldürüb
Xəbərlər
01:03 20 noy, 2022
İŞİD terror qruplaşmasının silahlıları Kərkük əyalətinin şimal-qərbində İraq ordusunun mövqelərinə hücum edərək, 4 əsgəri öldürüblər.
Qazet.az bu barədə “The Associated Press”ə istinadən xəbər verir.
Məlumata görə, Dibis ərazisindəki İŞİD yaraqlıları əsgərlərin silah və rabitə vasitələrini götürərək hadisə yerindən qaçıblar.
Bu, il ərzində ikinci belə hücumdur. Yanvar ayında İŞİD yaraqlıları Bakuba şəhəri yaxınlığındakı Əl-Əzim dağlıq bölgəsində kazarmalara soxularaq bir gözətçini öldürüb, 11 əsgəri isə yatarkən güllələyiblər.
Kərkük qubernatoru Rakan Səid əl-Ciburi “Associated Press”ə bildirib ki, hücum “təhlükəsizlik qüvvələrinin səhlənkarlığının nəticəsidir”.