Bakı 7˚C Sunny

İŞİD yaraqlıları İraqdakı kəndə hücum edib, ölənlər var

Hadisə 01:44 20 dek, 2022
İŞİD yaraqlıları İraqdakı kəndə hücum edib, ölənlər var

İŞİD terror təşkilatının yaraqlıları İraqın şərqində yerləşən Diyala əyalətinin Bu-Bali kəndinə hücum ediblər.

Qazet.az xəbər verir ki, bu barədə “Bağdad Al Youm” xəbər portalı məlumat yayıb.

Ölkənin təhlükəsizlik xidmətlərindəki mənbənin portala verdiyi məlumata görə, hücum nəticəsində azı 7 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

İraq təhlükəsizlik qüvvələrinin əlavə bölmələri kənd ərazisinə cəlb olunur.

Xatırladaq ki, İŞİD döyüşçüləri 2014-cü ilin yayında İraq ərazisinin təxminən üçdəbirini işğal etmişdilər. 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə İraq hökumət qüvvələri terrorçular tərəfindən ələ keçirilən ərazilərin azad edilməsi üçün genişmiqyaslı kampaniyaya başlamışdı. 2017-ci ilin dekabrında ölkənin o dönəmki Baş naziri Heydər əl-Abadi İŞİD-in yekun məğlubiyyətini elan etmişdi. Bununla belə, hüquq-mühafizə orqanları hələ də ölkənin müxtəlif bölgələrində üzvlərinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına, orduya və mülki şəxslərə qarşı hücumlar gerçəkləşdirən terrorçuların məhv edilməsi istiqamətində əməliyyatlar aparır.