Bakı 24˚C Sunny

İşığı kəsdiyinə görə “Azərişıq” əməkdaşının avtomobilini yandırdı 

Hadisə 19:22 09 dek, 2021

Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədən şəxs saxlanılıb.

İşığı kəsdiyinə görə “Azərişıq” əməkdaşının avtomobilini yandırdı 

“Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ)  insident baş verib.

Qazet.az qaynarinfo-ya istinadən xəbər verir ki, RETSİ-nin əməkdaşına məxsus LADA (VAZ) 2115 markalı, 42 BO 756 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini tərəfindən yandırılıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Avtomobil söndürülsə də, yarasız vəziyyətə düşüb.

Yaxınlıqdakı digər avtomobillər və RETSİ-nin binası yanğından mühafizə olunub.

İlkin məlumata görə, Lənkəran şəhər sakini sözügedən avtomobili yandırmasına səbəb elektrik enerjisinə görə borucunun olması olub. Belə ki, 42 BO 756 dövlət nömrə nişanlı avtomobilin sahibi, “Azərişıq” əməkdaşı borclu olan abunentin elektrik verilişini dayandırıb. Abonent isə qisas almaq üçün RETSİ-yə gəlib və işığını kəsən “Azərişıq” əməkdaşının avtomobilini yandırıb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədən şəxs saxlanılıb.