Bakı 15˚C Sunny

İskiya adasında baş verən sürüşmə nəticəsində ölənlərin sayı artıb

Hadisə 08:14 28 noy, 2022
İskiya adasında baş verən sürüşmə nəticəsində ölənlərin sayı artıb

İtaliyanın Neapol körfəzindəki İskia adasında baş verən sürüşmə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Qazet.az xəbər verir ki, ANSA agentliyinin məlumatına görə, itkin düşmüş hesab edilən 11 nəfərdən üçü uşaq olmaqla dördünün cəsədi tapılıb. Sürüşmə qurbanları arasında üç həftəlik uşaq da var. Bundan əvvəl qadının ölümü ilə bağlı xəbərlər yayılıb.

Bundan əvvəl İtaliya hökumətinin leysan yağışlardan sonra torpaq sürüşməsinin baş verdiyi, nəticədə azı 10 binanın uçduğu İskia adasında fövqəladə vəziyyət elan etdiyi bildirilirdi. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 200-ə yaxın insanın təxliyə edildiyini bildirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, noyabrın 25-də İskiyaya bir anda 120 mm yağış yağıb.