İslam ölkəsində qadınlara orduda xidmət etməyə icazə verildi
Gündəm
12:11 13 okt, 2021
Bununla bağlı fərman imzalanıb
Küveytin müdafiə naziri Həməd Cabir Əli əs-Sabah qadınların əmirliyin silahlı qüvvələrində xidmət etməsinə icazə verən fərman imzalayıb.
Qazet.az xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi (KUNA) məlumat yayıb.
Qeyd olunur ki, erkən mərhələdə qadınlar Küveyt ordusunun tibb və köməkçi hissələrində kiçik zabit və mütəxəssis kimi xidmət edə biləcəklər.