Bakı 25˚C Sunny

İslandiyalı futbolçu oyun vaxtı infarkt keçirib

Gündəm 11:22 02 noy, 2021

Buna "Soqndal"un futbolçusu Emil Palssonun 12-ci dəqiqədə gözlənilmədən yerə yıxılması səbəb olub

İslandiyalı futbolçu oyun vaxtı infarkt keçirib

Norveç II liqasının XXVII turundakı "Soqndal" - "Styordals Blink" oyunu yarımçıq dayandırılıb.

Qazet.az-ın məlumatına görə, buna "Soqndal"un futbolçusu Emil Palssonun 12-ci dəqiqədə gözlənilmədən yerə yıxılması səbəb olub.

İnfarkt keçirən islandiyalı oyunçuya həkimlər müdaxilə ediblər. Daha sonra 28 yaşlı yarımmüdafiəçi əlavə müayinə və müalicə üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, qarşılaşma daha sonra oynanılacaq. Emil Palsson bir dəfə İslandiya yığmasının formasını geyinib.