Bakı 3˚C Dreary

İslandiyanın Baş naziri ilk kitabını təqdim etdi

Xəbərlər 10:30 29 okt, 2022
İslandiyanın Baş naziri ilk kitabını təqdim etdi

İslandiyanın Baş naziri Katrin Yakobsdouttir ilk kitabını – “Reykyavik” adlı kriminal romanını təqdim edib.

Siyasətçi əsəri detektivlər müəllifi Raqnar Yonasson (“Qar Korluğu”, “Qaranlıq İslandiya”) ilə birlikdə pandemiya zamanı yazıb.

Baş nazir bildirib ki, COVID-19 pandemiyası ona hobbisinə daha çox vaxt ayırmağa imkan verib.

“Aydındır ki, əvvəllər bunun üçün vaxtım olacağını düşünmürdüm. Amma koronavirus pandemiyası zamanı kitab üzərində kifayət qədər sərbəst işləyə bildim. Düşünürəm ki, hər bir siyasətçinin gündəlik işlərindən qaçmağa kömək edən bir məşğuliyyəti olmalıdır. Mən bütün həyatım boyu detektiv hekayələri sevirəm, ona görə də bu, mənim DNT-də var”, - Yakobsdouttir bildirib.

Müəlliflər romanı iki il ərzində yazıblar.

Mənbə: rbc.ru