İspaniya Kralı: “Ukraynadakı münaqişə enerji böhranına səbəb olub”
Xəbərlər
08:39 25 dek, 2022
“Ukrayna münaqişəsi enerji böhranına səbəb olub”.
Qazet.az xəbər verir ki, bunu İspaniya Kralı VI Felipe bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyasının nəticələri kimi, bu münaqişə də iqtisadiyyata ciddi təsir göstərir: “Ukraynadakı vəziyyət sənaye, ticarət və nəqliyyat sahələri üçün ciddi nəticələrə səbəb olan enerji böhranına səbəb olub”.
Kral VI Felipe hesab edir ki, Ukrayna ətrafındakı vəziyyət İspaniyanın təhlükəsizliyinə də təsir edib.